Məktəbə davamiyyət təhsilin təməl sütunlarından biridir. Dünyanın bir çox ölkəsində şagirdlərin dərsə davamiyyəti ciddi şəkildə izlənilir və müəyyən edilmiş qayıb limiti keçildikdə inzibati tədbirlər görülür.
Fərqli ölkələrdə bu limitlər müxtəlif şəkildə tətbiq olunur.
AzEdu.az mövzu ilə bağlı araşdırma edib.
Birləşmiş Ştatlarda bir çox ştatda şagirdlərə ildə maksimum 10-18 gün arası dərsdən qalmaq icazəsi verilir. Bu limiti keçən şagirdlər üçün məktəb rəhbərliyi valideynlərlə görüşlər təşkil edir, bəzi hallarda isə məsələ sosial xidmət orqanlarına yönləndirilir.
Böyük Britaniyada şagirdlərin dərsdən icazəsiz qayıb etməsi ciddi nəzarət altındadır. Valideynlərə xəbərdarlıqlar edilir və davamlı qaydalara zidd hərəkət olarsa, cərimələr və hüquqi tədbirlər də tətbiq oluna bilər. Burada illik maksimum icazəli qayıb limiti 10 gündür, o da əsaslandırılmış səbəblərlə.
Türkiyədə isə orta təhsil pilləsində bir dərs ilində şagirdlərin 20 gündən artıq dərsdən qalması halında, təhsil müəssisəsi tərəfindən rəsmi tədbirlər görülür. Bu limit həm ümumi səbəbləri, həm də sağlamlıqla bağlı icazəli günləri əhatə edə bilər.
Avropa İttifaqı ölkələrinin çoxunda da qayıb limiti adətən 15-20 gün arasında dəyişir. Lakin hər ölkənin öz daxili təhsil qanunvericiliyinə əsasən, bu rəqəmlər konkretləşdirilir.