Azedu.az

Qazax-Tovuz RTİ-də "Bilik Günü" tədbiri keçirilib

Xəbərlər

15 Sentyabr 2025, 14:57
Qazax-Tovuz RTİ-də "Bilik Günü" tədbiri keçirilib

Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev və Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov Şəmkir şəhəri Əhməd Cavad adına tam orta ümumtəhsil məktəbində təşkil edilən "Bilik Günü" tədbirində iştirak ediblər.

AzEdu.az-a idarədən bildirilib ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin və Şəmkir rayonu üzrə təhsil sektorunun əməkdaşları, şəhid ailələri, valideynlər və şagirdlər iştirak ediblər.

Çıxış edənlər yeni tədris ili münasibətilə müəllimləri, şagirdləri təbrik edib, müvəffəqiyyətlər arzu ediblər.

Məlumat üçün bildirik ki, Şəmkir şəhəri Əhməd Cavad adına tam orta ümumtəhsil məktəbinin inzibati binası 1965-ci ildə inşa edilib. 2023-cü ilin dekabrından məktəbdə əsaslı təmirə başlanılıb. 2025-ci ilin sentyabrın 15-də məktəbin əsas korpusu şagirdlərin istifadəsinə verilib.

Qeyd edək ki, məktəb üçün 550 yerlik 22 sinif otağı, idman zalı və idman meydançasından ibarət yardımçı binanın tikintisi davam etdirilir.

Hazırda məktəbdə 1163 şagird təhsil alır. Onların təlim-tərbiyəsilə 83 pedaqoji işçi məşğul olur.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox