Azedu.az

Güclü geomaqnit qasırğası müşahidə olunur

Xəbərlər

15 Sentyabr 2025, 12:50
Güclü geomaqnit qasırğası müşahidə olunur

Mənfi qütblü tac dəliyi axınlarınının təsiri ilə bu gün güclü (G3 səviyyəli) geomaqnit qasırğası qeyd olunur.

AzEdu.az xəbər verir ki, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından “Azərbaycan müəllimi”nə verilən məlumata görə, geomaqnit qasırğasənın sonrakı günlərdə sakit və aktiv səviyyələr arasında dəyişəcəyi proqnozlaşdırlıb.

Proqnoz günlərində (15-21 sentyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 25%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin gün ərzində yüksələcəyi, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.  

Günəş küləyinin mənfi qütblü tac dəliyi axınlarının təsiri ilə sürətinin yenə də normadan yüksək olacağı gözlənilir.

Avroraların müşahidə olunması ehtimalı isə yüksək qütb dairələrində 10-60%, orta qütb dairələrində isə 35-10%-dir.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox