Azedu.az

Somali vətəndaşları Azərbaycanda ilk dəfə təhsil alacaqlar

Xəbərlər

15 Sentyabr 2025, 12:19
Somali vətəndaşları Azərbaycanda ilk dəfə təhsil alacaqlar

İlk dəfə Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində Somali Federativ Respublikasının vətəndaşları Azərbaycanda təhsil almaq hüququ qazanıblar.

Bu barədə AzEdu.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat verib.

2025–2026-cı tədris ilində “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” əsasında 20 nəfər Somali vətəndaşı Azərbaycan Respublikasının aparıcı ali təhsil müəssisələrində təhsil alacaq.

Qeyd edək ki, artıq tələbələr ölkəmizə gəliblər və onları hava limanında universitetlərin nümayəndələri qarşılayıblar.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox