2025–2026-cı tədris ilində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 50 500 şagird təhsil alacaq. Onlardan 24 345-i qız, 26 155-i oğlandır.
AzEdu.az xəbər verir ki, yeni tədris ilində məktəbəhazırlıq qruplarında 3 007 uşaq iştirak edəcək.
Bu qruplarda 1 418 qız, 1 589 oğlan yer alıb. Eyni zamanda birinci sinfə 3 822 şagird qəbul olunub ki, onların 1 833-ü qız, 1 989-u oğlandır.
Qeyd edək ki, bu tədris ilinin ilk dərsi "Konstitusiya və Suverenlik İli" mövzusuna həsr olunacaq.