Azedu.az

Plan yeri 100% dolan ali məktəblər - yeni SİYAHI

Xəbərlər

15 Sentyabr 2025, 10:09
Plan yeri 100% dolan ali məktəblər - yeni SİYAHI

Hər il olduğu kimi, 2025–2026-cı tədris ili üçün də ali təhsil müəssisələrinə qəbul prosesi ölkənin təhsil gündəminin əsas mövzularından biri olmuşdur. Xüsusilə də universitetlərin qəbul planlarının neçə faiz dolması məsələsi həm ali təhsil müəssisələrinin cəlbedicilik səviyyəsini, həm də abituriyentlərin maraq və yönəlimlərini əks etdirən vacib göstəricilərdən biridir.

AzEdu.az Təhsil Portalı universitetlərin qəbul planının neçə faiz dolduğu ilə bağlı sorğu keçirib. 

Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) mətbuat xidmətindən bildirilib ki, plan yerləri 100% dolub.

Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat xidmətindən bildirilib ki, qəbul planı 100% dolub.

Azərbaycan Tibb Universitetindən (ATU) verilən məlumata görə, plan yerləri 100% dolub.

Bakı Ali Neft Məktəninin (BANM) mətbuat xidmətindən bildirilib ki, qəbil planı 100% dolub. 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) mətbuat xidmətindən verilən məlumata görə, plan yerləri 98,3% dolub. 

Mingəçevir Dövlət Universitetinin (MDU) mətbuat xidmətindən bildirilib ki, qəbul planı 97 % dolub.

Lənkəran Dövlət Universitetinin (LDU)  mətbuatından bildirilib ki, universitet üzrə qəbul planı 94,88% dolub. 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) mətbuat xidmətindən bildirilib ki, qəbul planı 94,5% dolub. 

Sumqayt Dövlət Universitetinin (SDU) mətbuat xidmətindən verilən məlumata görə, qəbul planı 94,1% dolub. 

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox