“ Dünyanın ən yaxşı 10 ali məktəbindən biri olan Yale Universitetinə ötən ilin statistikasına əsasən, yanlız bir azərbaycanlı tələbə qəbul olub. Həmin universitetdə oxuyan türkiyəli tələbələrin sayı 51-dir”.
Bu sözləri AzEdu.az-a açıqlaması zamanı xaricdə təhsil məsələləri üzrə mütəxəssis, mərkəz rəhbəri Miryusif Cavadzadə bildirib.
Onun sözlərinə görə, ora cəmi bir tələbəmizin qəbul olmasını səbəbi az çalışmaq və tələblərə cavab verənlərin olmamasıdır.
“Son 3 ilə 153 türkiyəli tələbə Yale Universitetinə təhsil üçün yollanıb. Türkiyə Yale Universitetinə tələbə sayına görə ön sıralara daxil olur. Yale Universitetindəki akademik heyətə nəzər salsaq görərik ki, orada Türkiyədən 78, Azərbaycandan isə 1 nəfər var”.
Miryusif Cavadzadə bildirib ki, Amerikanın ən yaxşı universitetlərindən biri olan MİT-ə isə Azərbaycandan 6 nəfər qəbul olub:
“Dünyanın ən yaxşı mühəndislik universitetlərindın biri Massaçusets Texnologiya Universietidir ki, son 5 ildə Azərbaycandan oraya 6 nəfər qəbul olub. ABŞ-ın ən nüfuzlu və tanınmış dövlət ali məktəblərindən biri olan Miçiqan Universitetində isə 1 xanım və 2 bəy olmaqla 3 Azərbaycanlı tələbə təhsil alır”.