Azedu.az

ABŞ Təhsil Departamenti irqi ayrı-seçkilik edən qrant proqramlarını dayandırdı

Xəbərlər

11 Sentyabr 2025, 14:29
ABŞ Təhsil Departamenti irqi ayrı-seçkilik edən qrant proqramlarını dayandırdı

ABŞ Təhsil Departamenti irqi və ya etnik mənşəyi əsas götürərək yalnız müəyyən universitetlərə verilən qrant proqramlarını dayandırıb. Departamentin açıqlamasına görə, bu qərar bərabərlik və ədalət prinsiplərinə uyğun olaraq qəbul edilib.

AzEdu.az xarici mənbədən aldığı məlumata əsasən xəbər verir ki, qrant proqramlarının dayandırılması məqsədilə bütün ali təhsil müəssisələrinə bərabər imkanların yaradılması və maliyyə dəstəyinin daha ədalətli şəkildə paylanması planlaşdırılır. Ekspertlər hesab edir ki, bu addım həm təhsil müəssisələri arasında rəqabəti gücləndirəcək, həm də tələbələrin seçim imkanlarını genişləndirəcək.

Bu qərar ABŞ təhsil siyasətində bərabərlik və inklüzivliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir
Son xəbərlərDaha çox