Gəncədə 8 yaşlı qızın öldüyü hadisənin təfərrüatı məlum olub.
AzEdu.az xəbər verir ki, dünən müəmmalı şəkildə ölən Ayşən Azər qızı Abbasovanın qaçarkən velosipedə çırpılması nəticəsində vəfat etməsi müəyyənləşib.
Belə ki, Ayşən yaşadığı Ozan küçəsində döngədən qaçarkən 2011-ci il təvəllüdlü Həbib Vüqar oğlu Allahverdiyevin idarə etdiyi velosipedə dəyib. Bu zaman velosipedin sağ əyləc tutacağı A.Abbasovanın gözünə girib. Nəticədə azyaşlı qız aldığı açıq kəllə-beyin travması xəsarətindən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
21:48
Gəncədə 8 yaşlı qız velosipeddən yıxılaraq ölüb.
AzEdu.az xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.
2017-ci il təvəllüdlü A. Abbasova ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.
Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, o, velosiped sürdüyü zaman yıxılaraq ağır xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.