Azedu.az

Dağlıq Şirvan RTİ yüksək nəticə göstərən məzunları mükafatlandırıb

Xəbərlər

10 Sentyabr 2025, 15:57
Dağlıq Şirvan RTİ yüksək nəticə göstərən məzunları mükafatlandırıb

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon ümumtəhsil məktəblərini bitirib 600-dən artıq nəticə göstərərərək ali məktəblərə qəbul olan məzunlarla görüş keçirilib.

AzEdu.az xəbər verir ki, görüşdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov, millət vəkili Tamam Cəfərova, Rayon İcra Hakimiyyətinin və Şamaxı Rayon Təhsil Sektorunun əməkdaşları və müəllimlər iştirak etmişdir.

Çıxış edən natiqlər məzunları təbrik edərək, onlara gələcək həyatlarında uğurlar arzulamışlar.

Sonda məzunlara Təşəkkürnamə və hədiyyə təqdim edilmişdir.

Qeyd edək ki, Şamaxı rayonu üzrə 303-dən artıq məzun tələbə adını qazanaraq respublikanın müxtəlif ali məktəblərinə qəbul olunub. Onlardan 10 nəfəri 600-dən, 24 nəfəri isə 500-dən yuxarı bal toplayıb.

Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?
Son xəbərlərDaha çox