Azedu.az

Hər məktəb 6 günlük sistemə keçəcək? - Ekspert xəbərdarlıq edir

Xəbərlər

10 Sentyabr 2025, 17:01
Hər məktəb 6 günlük sistemə keçəcək? - Ekspert xəbərdarlıq edir

Məlumdur ki, bəzi məktəblərdə tədris 6 günlük təşkil olunur. Lakin 5 günlük tədris sistemində dərslərin çatdırılması məqsədilə həftənin ən azı 2-3 günü 7 dərs keçirilir ki, bu da uşaqların həddindən artıq yorulmasına səbəb olur.

6 günlük tədris sistemi bütün məktəblərdə tətbiq olunmalıdırmı?

Mövzu ilə bağlı AzEdu.az-a təhsil eksperti Məzahir Məmmədli açıqlama verib.

Ekspert bildirib ki, bütün məktəblər 6 günlük təhsil sisteminə keçsə, müəyyən gərginlik yaşana bilər:

"Altı günlük tədris sistemi şagird sıxlığı olan məktəblərdə tətbiq olunur. Onlar məcburən 6 günlük sistemə keçirlər ki, heç olmasa bəzi fənləri həmin günlərdə tədris etsinlər. Həmçinin, 6 günlük sistem yalnız yuxarı siniflər üçün nəzərdə tutulur. İbtidai siniflərdə isə dərs müddəti 5 günlükdür".

Məktəblərdə 6 günlük təhsil sisteminə keçid yalnız müəyyən şərtlərlə mümkündür:

"Burada əmək qanunvericiliyinin tələbləri pozulur. Bayram və tətil günlərində 6 günlük iş həftəsində olan müəllimlər işə daha tez başlayırlar. Ancaq bu, onların əmək haqlarına təsir etmir. Bütün məktəblərdə 6 günlük təhsil sisteminə keçid yalnız o halda mümkündür ki, tədris 32-34 həftə deyil, bir qədər qısaldılsın. Və ya ümumi prinsiplər nəzərə alınmaqla həyata keçirilsin. Hazırda tədris yükü elə bölünüb ki, onu 5 günlük tədris həftəsinə uyğunlaşdırmaq imkanı yaranır. Əgər bütün məktəblər 6 günlük təhsil sisteminə keçsə, müəyyən gərginlik qaçılmaz olacaq".

Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?
Son xəbərlərDaha çox