Azedu.az

Bu ölkələrdə şagirdlərə "fast-food" QADAĞANDIR

Xəbərlər

10 Sentyabr 2025, 14:23
Bu ölkələrdə şagirdlərə "fast-food" QADAĞANDIR

Dünyanın bir sıra inkişaf etmiş ölkələrində məktəb bufetlərində sağlam qidaların satışı artıq qanun və ya ciddi qaydalarla tənzimlənir. Məqsəd şagirdlərin sağlam böyüməsini təmin etmək, piylənmə və digər qidalanma ilə bağlı xəstəliklərin qarşısını almaqdır.

AzEdu.az mövzu ilə bağlı araşdırma aparıb. 

Fransa bu sahədə ən sərt qaydaları tətbiq edən ölkələrdəndir. Ölkədə məktəb ərazisində qazlı içkilər, fast food və şirin qəlyanaltıların satışı tamamilə qadağandır. Şagirdlərin bu tip qidaları məktəbə gətirməsi də yolverilməzdir. Naharlıq menyular dövlət tərəfindən tənzimlənir və balanslaşdırılmış şəkildə hazırlanır.

Yaponiyada isə məktəb bufetləri demək olar ki, yoxdur. Şagirdlərə gündəlik olaraq dietoloqların hazırladığı sağlam yeməklər təqdim olunur. Burada məktəb qidalanması ilə yanaşı, qida tərbiyəsi dərsləri də keçirilməklə uşaqlarda sağlam qidalanma vərdişləri aşılanır.

Skandinaviya ölkələri, xüsusilə Finlandiyaİsveç- də bu sahədə nümunə göstərilirlər. Hər iki ölkədə bütün şagirdlərə pulsuz və sağlam nahar verilir. Bufetlərdə və avtomatlarda qeyri-sağlam məhsulların satışı qadağandır. Məktəblər daha çox yerli və orqanik məhsullara üstünlük verirlər.

Böyük Britaniyada isə sağlam məktəb yeməklərinə keçid 2005-ci ildən başlayıb. Məşhur aşpaz Jamie Oliver-in təşəbbüsü ilə başlanan bu islahat nəticəsində məktəblərdə qazlı içkilər, yağlı və duzlu yeməklər, şirniyyatların satışı məhdudlaşdırılıb. Hazırda bu sahə hökumət qaydaları ilə tənzimlənir.

Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?
Son xəbərlərDaha çox