Azedu.az

UNEC-də milli dildə keyfiyyətli təhsil modeli

Xəbərlər

9 Sentyabr 2025, 17:18
UNEC-də milli dildə keyfiyyətli təhsil modeli

UNEC-də milli dildə təhsil verən, eyni zamanda beynəlxalq standartlara uyğun kompetensiyalara malik məzunlar yetişdirən keyfiyyətli təhsil modeli tətbiq edilir. Bu model çərçivəsində ana dilində yüksək səviyyəli təhsil təmin olunmaqla yanaşı, tələbələrin xarici dildə sərbəst ünsiyyət və peşəkar bacarıqlara yiyələnməsi əsas hədəflərdən biri kimi müəyyənləşdirilib.

AzEdu.az xəbər verir ki, UNEC rektoru, professor Ədalət Muradov bu istiqamətdə əldə olunan nəticələri və qarşıya qoyulan hədəfləri müzakirə etmək məqsədilə xarici dilləri tədris edən müəllimlərlə görüşüb.

Rektor çıxışında qeyd edib ki, UNEC milli dildə yüksək keyfiyyətli təhsil verməklə, tələbələrinin müasir bilik və bacarıqlara yiyələnməsini hədəfləyir: “Məqsədimiz milli dildə təhsili qorumaqla, beynəlxalq təhsil standartlarına uyğunluğu özündə birləşdirən keyfiyyətli təhsil modelini tətbiq etməkdir. Bu yanaşma tələbələrə ana dilində keyfiyyətli təhsil almaqla yanaşı, onların qlobal əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis kimi yetişməsinə də zəmin yaradacaq.”

Prof. Ədalət Muradov əlavə edib ki, müasir dövrdə seçdiyi sahə üzrə peşəkar mütəxəssis olmaq, uğurlu karyera qurmaq və beynəlxalq əmək imkanlarından yararlanmaq üçün xarici dili, xüsusilə ingilis dilini bilmək artıq zərurətə çevrilib. Bu baxımdan, xarici dilin tədrisi UNEC-də bacarıq kimi deyil, təhsilin ayrılmaz hissəsi kimi qəbul edilib.

Görüşdə Xarici Dillər Departamentinin 2024/2025-ci tədris ili üzrə fəaliyyəti barədə hesabat təqdim olunub. Departamentin direktoru, dosent Aysel Xəlilova çıxışında görülmüş işlər, əldə olunmuş nəticələr və qarşıya qoyulan hədəflər barədə məlumat verib.

Hesabatdan sonra milli dildə keyfiyyətli təhsil modelinin təkmilləşdirilməsi məqsədilə bir sıra təkliflər irəli sürülüb.

Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?
Son xəbərlərDaha çox