ABŞ-də təhsilin təşkili və idarə olunması ilə bağlı mühüm dəyişikliklərin müzakirə olunduğu yeni təşəbbüsə start verilib. ABŞ Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Returning Education to the States” (Təhsilin Ştatlara Qaytarılması) adlı tur çərçivəsində, Təhsil naziri Linda McMahon ölkənin müxtəlif ştatlarında görüşlər və tədbirlər keçirir.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, nazir McMahon bu tur zamanı təhsil sistemində yerli idarəçiliyin rolunun artırılmasının əhəmiyyətini vurğulayır. Onun sözlərinə görə, ştatların öz təhsil siyasətlərini müəyyən edə bilməsi, mərkəzləşdirilmiş federal tələblərə alternativ olaraq, daha çevik və kontekstual yanaşmaların tətbiqini mümkün edir.
Tədbirlərdə həmçinin müxtəlif ştatların innovativ təhsil modelləri o cümlədən texnologiya inteqrasiyası, müəllim hazırlığı proqramları və yerli kurrikulum islahatları təqdim olunur. Layihə təhsil sahəsində qərarların daha çox yerli icmalar tərəfindən verilməsini təşviq edir və təhsilin mərkəzdən idarə olunmasına alternativ yolları gündəmə gətirilib.