Azedu.az

Nepalda gənclər sosial media qadağasına etiraz ediblər

Xəbərlər

9 Sentyabr 2025, 16:03
Nepalda gənclər sosial media qadağasına etiraz ediblər

Nepalda son günlər gənclərin başlatdığı genişmiqyaslı etiraz aksiyaları ölkənin siyasi və ictimai gündəminə damğa vurub. 1995-2010-cu illər arasında doğulan "Gen Z" nəsli, hökumətin tətbiq etdiyi sosial media qadağası və ölkədə dərinləşən korrupsiya hallarına qarşı küçələrə axışıb.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, etirazlar nəticəsində vəziyyət gərginləşib. Reuters agentliyinin verdiyi məlumata görə, qarşıdurmalar zamanı ən azı 19 nəfər həlak olub, 100-dən çox insan isə xəsarət alıb. Aksiyalar zamanı polis qüvvələrinin sərt müdaxiləsi və komendant saatının tətbiqi ölkə daxilində və beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurub.

Etirazçılar əsasən TikTok, Instagram və YouTube kimi platformalara qoyulan qadağaların ləğvini və hökumətdə şəffaflığın təmin olunmasını tələb ediblər. Gənclərin sosial media vasitəsilə bir araya gəlməsi və etirazları koordinasiya etməsi bu hərəkatın əsas xüsusiyyətlərindən biri kimi dəyərləndirilir.

Artan təzyiqlər fonunda, Nepalın Baş naziri K.P. Sharma Oli istefa verib. Hökumət sosial media üzərindəki qadağaları 09 sentyabr 2025-ci il tarixində rəsmi olaraq ləğv edib, internet yenidən əlçatan olub. Bu, etirazçılar tərəfindən qismən uğur kimi qiymətləndirilir.

Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?
Son xəbərlərDaha çox