Azedu.az

Xaricdəki soydaşlarımız üçün Azərbaycan dili dərslərinə start verilir

Xəbərlər

9 Sentyabr 2025, 12:54
Xaricdəki soydaşlarımız üçün Azərbaycan dili dərslərinə start verilir

Artıq üçüncü ildir ki, xaricdə yaşayan soydaşlarımız üçün həyata keçirilən “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat davam edir. 

Bu barədə Gənc Müəllimlər Assosiasiyasından (AGMA) AzEdu.az-a məlumat verilib.

Bildirilib ki, layihənin məqsədi xaricdə yaşayan soydaşlarımızın ana dilini öyrənməsinə, milli mədəniyyətimizi, tariximizi və coğrafiyamızı tanımasına dəstək göstərməkdir. Layihə iştirakçıları yalnız dil biliklərini inkişaf etdirmir, həm də öz mədəni irslərini mənimsəyir və Vətənlə olan bağlarını daha da gücləndirirlər.

Layihədə iştirak etmək istəyən şəxslər yaş qruplarına (6–10 yaş – kiçik, 11–13 yaş – orta, 14–18 yaş – yuxarı) və dil bilik səviyyələrinə (başlanğıc, orta, yüksək) uyğun olaraq dərs qruplarına bölünəcəklər. Bunun üçün əvvəlcədən təşkil ediləcək qısa dil yoxlamasından keçmək tələb olunur.

Dərslər təcrübəli müəllimlər tərəfindən onlayn formada, həftədə 2–3 dəfə interaktiv şəkildə aparılacaq. Tədris prosesi 15 sentyabr 2025-ci ildən başlayacaq. 

Qeydiyyat üçün link: //forms.gle/hxcmFNEujsQ7TN5P6

Son müraciət tarixi: 14 sentyabr 2025-ci il.

Rəsmi sayt: //anadili.agma.az/

Əlaqə: +994 51 226 71 21 (“WhatsApp”, “Telegram”).

Qeyd edək ki, proqramı uğurla başa vuran iştirakçılara Azərbaycan dilini bilmə səviyyəsinə uyğun sertifikat təqdim olunacaq.

Layihə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?
Son xəbərlərDaha çox