Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin böyük elmi işçisi Elnur Səfərovun həmmüəllif olduğu “River-to-sea plastic pollution: A pilot toolbox for the Caspian Sea" adlı məqalə “Chemosphere” (Elsevier) jurnalında dərc olunub (Q1, İF 8.8, CiteScore 18.1).
Bu barədə AzEdu.az-a institutdan məlumat verilib.
Məqalə Kür çayı vasitəsilə Xəzər dənizinin plastik çirklənməsi problemlərinin tədqiqinə həsr olunub. Tədqiqatçılar dörd tamamlayıcı komponentdən ibarət modul alətlər qutusunun tətbiqi ilə çayın hidroloji cəhətdən qapalı Xəzər dənizinə daxil olduğu Kür çayının deltasında plastik çirklənmənin ilk kompleks qiymətləndirilməsini təqdim ediblər. Bu çərçivədən istifadə edilərək, zibil toplanmasının qaynar nöqtələri müəyyən edilib və yarıqapalı sistemlərdə plastik çirklənmənin qiymətləndirilməsi üçün təkrarlanan bir yanaşma hazırlanıb.