Azedu.az

Azərbaycanda övladlığa götürülmənin ləğvi minimuma düşüb

Xəbərlər

8 Sentyabr 2025, 14:27
Azərbaycanda övladlığa götürülmənin ləğvi minimuma düşüb

Azərbaycanda uşaqların övladlığa götürülməsi prosesi ilə yanaşı, bu prosesin ləğvi ilə bağlı hallar da zaman-zaman baş verir. Müxtəlif sosial, psixoloji və hüquqi səbəblər ucbatından bəzi valideynlər övladlığa götürdükləri uşaqlarla münasibətlərini davam etdirə bilmir və nəticədə övladlığa götürülmə ləğv edilir.

AzEdu.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2005-ci ildə 56 uşağın övladlığa götürülməsi ləğv edilib (onlardan 19-u qız olub), 2006-cı ildə bu rəqəm 50 olub (20 qız), 2010-cu ildə 59 uşaq üçün ləğv qərarı verilib (30 qız), 2015-ci ildə 66 uşaq (32 qız).

2020-ci ildə isə 59 uşaq (25 qız) üzrə övladlığa götürmə ləğv olunub. 2023-cü ildə övladlığa götürülməsi ləğv edilən uşaqların sayı 14 olub, onlardan 4-ü qızdır. 2024-cü ildə isə bu göstərici cəmi 1 nəfər təşkil edib və həmin uşaq da qız olub.

Statistik məlumatlardan aydın görünür ki, övladlığa götürülmənin ləğv hallarında ümumi say zamanla azalmağa doğru gedib. Əgər 2005–2015-ci illərdə bu göstərici hər il təxminən 50-66 arası dəyişirdisə, son illərdə xüsusilə 2023 və 2024-cü illərdə bu rəqəm əhəmiyyətli dərəcədə azalıb. 

Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?
Son xəbərlərDaha çox