Azedu.az

Son 20 ildə övladlığa götürülən uşaqların sayı azalıb - STATİSTİKA

Xəbərlər

8 Sentyabr 2025, 12:13
Son 20 ildə övladlığa götürülən uşaqların sayı azalıb - STATİSTİKA

2005–2024-cü illər ərzində övladlığa götürülmə və ləğv edilən övladlığa götürülmə halları ilə bağlı statistika açıqlanıb.

AzEdu.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2005-ci ildə Azərbaycanda ümumilikdə 803 uşaq övladlığa götürülüb. Onlardan 365-i qız olub. Övladlığa götürülən uşaqlardan 134-ü 1 yaşadək, 138-i 1-5 yaş arası, 134-ü 6-10 yaş arası, 147-si isə 11-17 yaş arası olub.

2006-cı ildə övladlığa götürülən uşaqların sayı 929 nəfər təşkil edib, 409-u qız olub. Yaş qruplarına görə isə 156 uşaq 1 yaşadək, 180-i 1-5 yaş, 160-ı 6-10 yaş və 200-ü 11-17 yaş arasında olub.

2010-cu ildə bu rəqəm 798 nəfərə düşüb. Onların 404-ü qız olub. Övladlığa götürülənlərdən 126-sı 1 yaşadək, 165-i 1-5 yaş, 165-i 6-10 yaş və 116-sı 11-17 yaş arasında olub.

2015-ci ildə isə 805 uşaq övladlığa götürülüb. Bunlardan 375-i qız olub. 1 yaşadək 164, 1-5 yaş arası 168, 6-10 yaş arası 165 və 11-17 yaş arası 140 uşaq övladlığa götürülüb.

2020-ci ildə övladlığa götürülən uşaqların sayı 234 nəfərə enib. Onların 135-i qız olub. 1 yaşadək 65, 1-5 yaş arası 58, 6-10 yaş arası 55 və 11-17 yaş arası 56 uşaq övladlığa verilib.

2023-cü ildə övladlığa götürülən uşaqların sayı daha da azalaraq 137 nəfər olub. Onların 71-i qız olub. 2 uşaq 1 yaşadək, 48-i 1-5 yaş, 41-i 6-10 yaş və 46-sı 11-17 yaş arasında olub.

2024-cü ilin ilkin göstəricilərinə görə isə cəmi 165 uşaq övladlığa götürülüb. Onlardan 84-ü qız olub. 1 yaşadək 6, 1-5 yaş arası 81, 6-10 yaş arası 36 və 11-17 yaş arası 42 uşaq övladlığa götürülüb.

2005–2024-cü illər üzrə statistik məlumatlar göstərir ki, Azərbaycanda övladlığa götürülmə hallarında illər keçdikcə azalma müşahidə olunur.

Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?
Son xəbərlərDaha çox