Azedu.az

Ağcabədidə 16 yaşlı qız qətlə yetirilib

Xəbərlər

7 Sentyabr 2025, 13:09
Ağcabədidə 16 yaşlı qız qətlə yetirilib

Sentyabrın 5-də saat 19 radələrində Ağcabədi rayonunun Pərioğlular kəndi ərazisində 16 yaşlı Fidan Mamedovanın  kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

AzEdu.az xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən qardaşı 18 yaşlı Tahir Mamedov saxlanılaraq istintaqa təhvil verilib.

İlkin məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox