Azedu.az

Uşaqlar niyə oturaq həyat tərzi seçir?

Xəbərlər

7 Sentyabr 2025, 09:13
Uşaqlar niyə oturaq həyat tərzi seçir?

San-Paulu Universitetindən olan braziliyalı alimlərin araşdırmasına görə, əgər valideynlər oturaq həyat tərzi keçirirlərsə, uşaqların onlardan nümunə götürmək ehtimalı yüksəkdir.

AzEdu.az-ın xəbərinə görə, araşdırma "Sports Medicine and Health Science" jurnalında dərc olunub.

Eksperimentdə 6-17 yaş arası 182 uşaq və onların valideynləri - 161 ana və 136 ata iştirak edib.

Valideyn orta intensiv fiziki aktivliyə həftədə150 ​​dəqiqə ayırırdısa, aktiv hesab olunurdu. Bütün qruplarda oturaq vaxt üzrə yüksək səviyyə qeydə alınıb. Orta hesabla həm uşaqlar, həm də onların valideynləri az hərəkətsiz vəziyyətdə gündə 8-9 saat vaxt keçiriblər.

Alimlər o qənaətə gəliblər ki, valideynlərin fiziki fəaliyyət səviyyəsi uşaqların vərdişlərinə birbaşa təsir edə bilər. Başqa sözlə, valideynlər daha aktiv olduqda, onların uşaqlarının uzun müddət oturaq vəziyyətdə qalma ehtimalı azalır.

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox