Böyük Britaniyada məktəbli formalarının tərkibi ilə bağlı narahatlıqlar gündəmə gəlib. “The Guardian” nəşrinin araşdırmasına əsasən, ölkədə geniş istifadə olunan məktəb geyimlərinin əksəriyyəti sintez (süni) materiallardan hazırlandığı üçün mikroplastik aşınma riskini daşıyır. Bu isə, həm uşaqların sağlamlığı, həm də ətraf mühit üçün ciddi təhlükə yarada bilər.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, poliester və digər sintetik liflərdən hazırlanan geyimlər gündəlik istifadə zamanı aşınaraq mikroplastik hissəciklər yayır. Bu hissəciklər tənəffüs yolları ilə insan orqanizminə daxil ola, eləcə də yuyulma zamanı suya keçərək ekoloji çirklənməyə səbəb ola bilər.