Azedu.az

ABŞ-də "Oyuncaq Silah" panikası səbəbindən məktəb blokadaya alındı

Xəbərlər

6 Sentyabr 2025, 18:47
ABŞ-də "Oyuncaq Silah" panikası səbəbindən məktəb blokadaya alındı

ABŞ-ın Wisconsin ştatının Oshkosh şəhərində yerləşən liseydə bu gün təhlükəli insident yaşanıb. Bir neçə şagirdin real silaha bənzəyən oyuncaq tüfənglərlə məktəb ərazisində görünməsi təcili təhlükəsizlik tədbirlərinə səbəb olub. Məktəb rəhbərliyi vəziyyəti dərhal nəzarətə alaraq tədris müəssisəsini qısa müddətlik blokada rejiminə keçirib.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, hadisə yerinə çağırılan polis əməkdaşları hadisəni araşdıraraq silahların oyuncağa bənzədiyini, lakin real olmadığı qənaətinə gəliblər. Buna baxmayaraq, polisin verdiyi açıqlamada belə halların son dərəcə ciddi qiymətləndirildiyi və gələcəkdə qarşısının alınması üçün əlavə tədbirlərin görüləcəyi bildirilib.

Oshkosh Polis İdarəsinin nümayəndəsi valideynlərə müraciət edərək bu cür davranışların yaratdığı təhlükə və nəticələri ilə bağlı xəbərdarlıq edib: “Bu cür ‘oyuncaqlar’ məktəb mühitində panika və real təhlükə hissi yaradır. Nəticədə məktəbdə dərslər dayandırılır, hüquq-mühafizə orqanları səfərbər olunur və uşaqların psixoloji təhlükəsizliyi zərər görür.”

Hadisə nəticəsində xəsarət alan olmayıb. Məktəb rəhbərliyi insidentlə bağlı daxili araşdırma başladıb. Şagirdlərin kimliyi açıqlanmayıb, lakin onlara qarşı intizam tədbirləri tətbiq ediləcəyi gözlənilir.

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox