Cammu bölgəsində hava şəraitinin kəskin şəkildə pisləşməsi nəticəsində təxminən iki həftə əvvəl müvəqqəti bağlanan bütün ümumtəhsil məktəblərinin 10 sentyabr 2025-ci il tarixindən etibarən tədris prosesinə yenidən başlaması planlaşdırılır. Bu barədə Cammu Təhsil İdarəsi rəsmi açıqlama yayıb.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, məktəblərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi əsas prioritet kimi müəyyən edilib. Bütün məktəb rəhbərlərinə təlimat verilib ki, açılışdan əvvəl binalarda və infrastrukturda müvafiq yoxlamalar aparılsın, təhlükəsizlik riskləri aradan qaldırılsın və görülən tədbirlər sənədləşdirilərək hesabat formasında təqdim olunsun.
Məktəblərin açılması qərarı, bölgədə hava şəraitinin normallaşması və təhsil prosesinin davamlılığının təmin olunması məqsədi ilə qəbul edilib.