Azedu.az

Bu qidalar onkoloji xəstələrin sağ qalma şansını artırı

Xəbərlər

6 Sentyabr 2025, 16:17
Bu qidalar onkoloji xəstələrin sağ qalma şansını artırı

Müəyyən qidalanma tərzi xərçəng xəstələrinin müalicədə uğur şansını artırır bunu alimlər sübut ediblər.

AzEdu.az bu məhsulları təqdim edir:

ABŞ-ın Anderson Onkologiya Mərkəzinin alimləri müəyyən ediblər ki, pəhrizdə qida lifləri və probiotiklərdən istifadə onkoloji xəstələrdə immunoterapiyanın effektivliyini artıra bilər. Bağırsaq mikrobiomunun vəziyyəti birbaşa olaraq qidalanmadan və həyat tərzindən asılıdır. Tədqiqatçılar melanoması olan 438 nəfərin məlumatlarını analiz ediblər. Pasiyentlər öz qidalanma vərdişləri, probiotik və antibiotik qəbuluna dair məlumat təqdim ediblər.

Əsas nəticələr

Probiotik qəbul edən və etməyən xəstələr arasında sağ qalma baxımından böyük fərq müşahidə edilməyib. Ən yaxşı nəticələr pəhrizi liflərlə zəngin olanlarda qeydə alınıb. Ən yüksək sağ qalma göstəriciləri isə həm lif, həm də probiotiklərlə zəngin pəhrizə sahib olan xəstələrdə müşahidə olunub. Laboratoriya heyvanları üzərində aparılan təcrübələr də bunu təsdiqləyib: qida lifləri və probiotiklər faydalı mikrofloranın artmasını stimullaşdırır, bu da şiş hüceyrələrinə qarşı immun mexanizmləri gücləndirir. Əksinə, antibiotik qəbul edən və lifsiz qidalanan siçanlarda şişlər daha sürətlə inkişaf edib.

Alimlərin yekunu

Tədqiqatçılar belə qənaətə gəliblər ki, müalicə zamanı düzgün seçilmiş pəhriz sağ qalma şansını artıra bilər. Onların sözlərinə görə, bu nəticələr təkcə melanoma üçün deyil, digər xərçəng növləri üçün də aktual ola bilər amma bunu gələcək araşdırmalar təsdiqləməlidir.

 

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox