Uşağın qəfil ağlaması, nəfəsinin tutulması və bənizinin dəyişməsi valideynlərinin nə baş verdiyini tam anlaya bilməməsinə təşviş içində qalmasına səbəb olur.
Bu vəziyyət həqiqətən təhlükəlidirmi, yoxsa narahatlığa əsas yoxdur?
Mövzu ilə bağlı AzEdu.az-a pediatr Günay Rəsulova danışıb.
O qeyd edib ki, bu 5 yaşa qədər bu hal əksər uşaqlarda ola bilər:
"Bu Hipoksiya əlaməti deyil. Oksigen tərkibli, karnitin tərkibli, nə olduğu məlum olmayan boş siroplarla müalicəyə ehtiyac yoxdur. Müayinəsi normal uşaqlarda əsas səbəb dəmir azlığıdır. Uşaqların mütəmadi olaraq qan azlığı, dəmir azlığı kimi problemləri varmı deyə araşdırılmalıdır. 5 yaşa qədər bu hal əksər uşaqlarda ola bilər. Müalicəsi, dəmir azlığı varsa dəmir preparatları, yoxsa sadəcə uşağı möhkəm ağlamağa qoymamağa çalışmaqdan ibarətdir.
Analar çox vaxt uşağın nəfəsi gedər, gəlməz deyə qorxurlar. Elə bir hal olmur, ola bilməz. Narahatlığa əsas yoxdur, amma həkim müayinəsi şərtdir".