“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən muxtar respublikanın ümumtəhsil müəssisələrində yeni STEAM otaqlarının yaradılmasına başlanılıb.
AzEdu.az xəbər verir ki, Dövlət Proqramında 154 təhsil müəssisəsində mövcud olan STEAM otaqlarının avadanlıqlarla zənginləşdirilməsi və əlavə olaraq müəssisələrdə 50 yeni STEAM otağının yaradılması nəzərədə tutulub.
Cari tədris ilində Təhsil Nazirliyi tərəfindən STEAM otaqlarının zənginləşdirilməsi üçün arduino, arduino superkid, flament, 3D qələmlər, arduino nano, məsfə sensorları, optik sensorlar, günəş paneli, servo mator və digər avadanlıqlar tender yolu ilə alınaraq müəssisələrinə təhvl verilib.Proqramda nəzərdə tutulan 154 təhsil müəssisəsindəki STEAM otaqları zənginləşdirilib.
Yeni tədris ili öncəsi isə Dövlət Proqramının uyğun olaraq Nazirlik tərəfindən ümumtəhsil müəssisələrində 50 yeni STEAM otağının yaradılmasına başlanılıb.
Ümumtəhsil müəssisələrinə yeni yaradılan STEAM otaqları STEAM təhsili üzrə şagirdlərin əyani vasitələrdən istifadə edərək öz bilik və bacarıqlarının artırılmasına, onların tənqidi və yaradıcı düşüncələrinin formalaşdırılmasında mühüm rol oynayacaq.