Azedu.az

İşə çıxmıram, universiteti uşaqlar idarə edirlər - REKTOR

Xəbərlər

5 Sentyabr 2025, 21:22
İşə çıxmıram, universiteti uşaqlar idarə edirlər - REKTOR

"Mən demək olar ki, işə çıxmıram. Universiteti uşaqlar özləri idarə edirlər”.

AzEdu.az xəbər verir ki, bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev deyib.

 

O, buna səbəb olaraq havaların isti olmasını göstərib.

 

Universitetdə fəaliyyətini hələ ki davam etdirdiyini söyləyən rektor ali məktəbə az-az getdiyini vurğulayıb: "Uşaqlar ordadır da, universiteti özləri idarə edirlər. Universiteti isə təqaüdə çıxmaq üçün yox, işləmək üçün yaratmışıq”.

 

Səhhəti barədə isə söz açan Ə.Vəliyev deyib ki, problem qocalıqla bağlıdır: "Səhhətimlə bağlı müalicələr gedir”.

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox