Azedu.az

Astarada 8-i uşaq olmaqla 15 nəfər zəhərlənib

Xəbərlər

5 Sentyabr 2025, 18:25
Astarada 8-i uşaq olmaqla 15 nəfər zəhərlənib

Bu gün 11:00 radələrindən etibarən müxtəlif qastrointestinal şikayətlərlə 8-i uşaq olmaqla, ümumilikdə 15 nəfər (9-u qadın, 6-sı kişi cinsli) Astara Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Bu barədə AzEdu.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, onlara zəruri tibbi xidmət göstərilib: "Müalicələri Yoluxucu xəstəliklər şöbəsində davam etdirilən pasiyentlərdən 13-nün vəziyyəti qənaətbəxş, 2-nin vəziyyəti isə nisbi ağır qiymətləndirilir".

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsinin əməkdaşları tərəfindən müvafiq qurumlarla birgə araşdırmalara başlanılıb. Bildirilib ki, araşdırmaların nəticəsi ilə bağlı məlumat veriləcək.

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox