İki və maksimum üç yaşa qədər uşaqları telefondan uzaq saxlamaq lazımdır.
AzEdu.az xəbər verir ki, bu fikirləri psixoterapevt Məleykə İsmayılova səsləndirib.
Onun sözlərinə görə, erkən yaş dövründə uşaqların beyini çox sürətlə inkişaf edir və bu prosesə müxtəlif xarici amillər mane ola bilər. Telefon və digər ekranlara məruz qalma isə həmin inkişafı ləngidir.
“Əgər uşaq bu yaşda telefona alışdırılarsa, onda qavrama çətinliyi yarana bilər. Uşaq gördüyünü anlamır, hadisələrə məna verə bilmir, gördüyünü nitqə çevirə bilmir. Nəticədə isə səbrsizlik, əsəbilik müşahidə olunur”, -deyə psixoterapevt bildirib.