ABŞ-nin Şimali Karolina ştatında yerləşən Metro School-da fiziki məhdudiyyətləri olan şagirdlər üçün həyata keçirilən xüsusi proqram çərçivəsində məktəbdaxili kafe fəaliyyətə başlayıb. Proqramın məqsədi şagirdlərin real iş mühitində bacarıqlarını inkişaf etdirməsinə şərait yaratmaqdır.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, kafenin idarə olunmasında bilavasitə iştirak edən şagirdlər gündəlik satış, müştəri xidməti və komandada iş kimi müxtəlif sahələrdə təcrübə qazanırlar. Layihə inklüziv təhsilin təşviqi və əmək bazarına inteqrasiyanı asanlaşdırmaq məqsədi daşıyır.
Qeyd edək ki, proqram uğurlu olacağı təqdirdə digər məktəblərdə də tətbiqi planlaşdırılır.