5 sentyabr Hindistanda hər il Müəllimlər Günü kimi qeyd olunur.
AzEdu.az xəbər verir ki, bu əlamətdar gün Hindistanın ikinci Prezidenti, filosof və pedaqoq Dr. Sarvepalli Radhakrishnan-ın doğum günü ilə əlaqələndirilir.
Müəllimliyi insan yetişdirməyin ən şərəfli yollarından biri hesab edirdi və deyirdi: “Əgər mənim doğum günümü qeyd etmək istəyirsinizsə, bunu Müəllimlər Günü kimi qeyd edin".