Azedu.az

Payız viruslarından uşaqları necə qorumaq olar? - pediatrdan AÇIQLAMA

Xəbərlər

5 Sentyabr 2025, 12:14
Payız viruslarından uşaqları necə qorumaq olar? - pediatrdan AÇIQLAMA

Artıq sentyabr ayındayıq və məlumdur ki, payız mövsümündə yoluxucu viruslar daha çox yayılır. Valideynlər övladlarını qriplərdən qorumaq üçün qidalanmaya diqqət yetirməli və lazım gəldikdə vitaminlərdən istifadə edirlər.

AzEdu.az-a danışan pediatr Şəlalə Poluxova bildirib ki, sağlam və balanslı qidalanan uşaq üçün əlavə vitamin dəstəyinə ehtiyac yoxdur:

"İstər payız, istərsə də bütün mövsümlərdə uşaqları yoluxucu xəstəliklərdən qorumaq üçün immuniteti gücləndirmək əsasdır. Burada düzgün və balanslı qidalanma vacibdir. Meyvə-tərəvəzlərə, xüsusilə C vitamini ilə zəngin sitrus və mövsümi meyvələrə üstünlük verilməlidir. Proteinlə zəngin balıq, yumurta, toyuq və paxlalılar immun sistemini dəstəkləyir. Süd məhsulları - kefir, qatıq və s.bağırsaq mikroflorasını gücləndirir. Taxıl və quru meyvələr isə B qrupu vitamini və sinklə zəngindir."

Pediatr əlavə edib ki, dəmir və D vitamini yalnız həkim məsləhəti ilə qəbul edilməlidir:

"Valideynlər tez-tez əlavə vitaminlərə müraciət edirlər, lakin sağlam və balanslı qidalanan uşağa bu ehtiyac yoxdur. Vitaminlərin artıq dozası qaraciyər, böyrək və mədə-bağırsaq sisteminə zərər verə bilər. Uşaqlar mütəmadi check-up-dan keçməli, çatışmayan vitamin və elementləri həkim göstərişi ilə təmin etməlidirlər".

Pediatr vurğulayıb ki, immunitetin güclənməsində yalnız qidalanma kifayət etmir:

"Uşağın gündəlik yuxu rejimi, fiziki aktivliyi, məsələn, açıq havada gəzinti, idman və gigiyenik qaydalara riayət etməsi viruslardan qorunmada vacibdir. Mövsümi qrip peyvəndi uşaqları qrip virusundan qoruyur. Digər peyvəndlər isə qarşısı alınabilən xəstəliklərə qarşı müdafiəni təmin edir".

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox