Azedu.az

Qızlar kollec təhsilində əsasən bu ixtisasları SEÇİR

Kolleclər

4 Sentyabr 2025, 16:16
Qızlar kollec təhsilində əsasən bu ixtisasları SEÇİR

Orta ixtisas təhsili müəssisələrində qadın tələbələrin sayı açıqlanıb. Belə ki, 2024-2025-ci ildə 39 758 nəfər qadın tələbə təhsil alıb. 2005-2006-cı tədris ilində qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində təhsil alan qadınların sayı 2366 nəfər olub. Sonrakı illərdə bu göstərici azalaraq 2010-2011-ci illərdə 1083 nəfərə düşüb. 2015-2016-cı illərdə qadınların sayı yenidən artaraq 1387 nəfərə çatıb. 2020-2021-ci illərdə isə bu rəqəm 3495 nəfərə yüksəlib.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, 2023-2024-cü illərdə qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində təhsil alan qadınların sayı daha da artaraq 3566 nəfərə, 2024-2025-ci tədris ilində isə 3795 nəfərə çatıb.

İxtisas qruplarında 2024-2025-ci ildə iqtisadiyyat və idarəetmə ixtisasları üzrə təhsil alan qadınlar ən çox say 2390 nəfər təşkil edir. 431 nəfər humanitar və sosial ixtisaslar, 402 nəfər texniki və texnoloji ixtisaslar, 384 nəfər səhiyyə, rifah və xidmət sahələri, 148 nəfər isə təşkil edir. Kənd təsərrüfatı ixtisasları üzrə isə qadınların sayı çox azdır və cəmi 2 nəfər təşkil edir.

Beləliklə, son 20 il ərzində qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində qadınların sayı ümumilikdə artmaqla yanaşı, ən çox iqtisadiyyat və idarəetmə ixtisasları üzrə toplanıb. Bu da təhsil sahəsində qadınların müxtəlif ixtisaslarda fəal iştirak etdiyini göstərir.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox