2018-2019-cu tədris ilində IX və XI sinif buraxılış və magistraturaya qəbul imtahanlarında şagird və tələbələrə xarici dil fənnindən dinləmə - “listening” sualları təqdim olunacaq. Buraxılış imtahanlarında təqdim olunan 15 sualdan 6-sı, magistraturaya qəbul imtahanlarında isə 25 sualdan 5-i dinləmə mətni əsasında tərtib olunacaq.
AzEdu.az saytının növbəti sorğusu da buraxılış və magistratura imtahanlarındakı “listening” tipli suallarla bağlıdır.
Sorğu sualı belədir: Buraxılış və magistraturaya qəbul imtahanalarında “Listening” tipli suallarla bağlı əsas narahatlığınız nədir?
Sorğuya qatılmaq istəyən oxuculardan xahiş olunur ki, AzEdu.az saytının əsas səhifəsindəki sağdan aşağıdakı sorğu panelindəki cavablara baxıb, səs versinlər.
1.Məktəbdə bunun üçün şərait (məs:disk,linqafon,internet) yoxdur;
2.Müəllimlər bu istiqamətli dərslər keçmirlər;
3.Dil biliklərimi təkmilləşdirməmişəm;
4.Təqdim olunan “listening” mətninin təkrarlanma sayı azdır;
5.İmtahanlara “listening” tipli sualların salınması qərarı ictimaiyyətə gec açıqlandı;
6.Orta məktəb müəllimlərinin “listening” bacarığı aşağıdır;
7.“Listening” tipli sualların sayı çoxdur;
8. Xarici dil dərsliklərində dinləmə mətnləri ilə bağlı tapşırıqlar yoxdur;
9.Təqdim olunan dinləmə mətninin həcmi çoxdur.