ABŞ-nin Tennessi ştatında yeni qanuna əsasən, məktəblərdə minimum 5 yaşlı şagirdləri əhatə edən “silah təhlükəsizliyi” dərsləri məcburi şəkildə tədris olunacaq.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, qanun silahla bağlı uşaq ölümlərinin və təsadüfi hadisələrin qarşısını almaq məqsədi daşıyır.
Proqrama uyğun olaraq müəllimlərə bu dərsləri uşaqlara həssas və maarifləndirici şəkildə çatdırmaq üçün xüsusi təlimlər keçiriləcək. Bu təşəbbüs Tennessi ştatında bu mövzuda tətbiq olunan ilk hüquqi addım kimi qiymətləndirilir və cəmiyyətdə geniş müzakirələrə səbəb olub.