Tayvanın Taitung bölgəsində yerləşən bir uşaq bağçasında azyaşlı uşaqlara qarşı fiziki zorakılıq faktı aşkarlanıb. Hadisə ilə bağlı dörd nəfər saxlanılıb və onların ciddi şəkildə cəzalandırılması üçün hüquqi prosedurlar davam etdirilir.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, yerli prokurorluq 6 uşağa qarşı törədilmiş zorakılığı “qəbuledilməz” adlandıraraq, istintaqın şəffaf və sürətli aparılacağını bildirib.
Hadisə ölkədə məktəbəqədər təhsil müəssisələrində təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.