Şagirdlərə öyrədilən biliklərin böyük hissəsi kodlaşdırılmış məlumatlardır.
AzEdu.az xəbər verir ki, bunu təhsil eksperti Rizvan Fikrətoğlu bildirib.
Onun sözlərinə görə, bu gün şagirdlər Dövlət İmtahan Mərkəzinin tələb etdiyi informasiyaları öyrənirlər. Lakin bu proses kökündən yanlışdır. Çünki burada şagird özünü proqramlaşdırır ki, “mən yalnız bu istiqamət üzrə hazırlaşmalıyam”.
"Biliklərin yaddaşda nə qədər qaldığını yoxlamaq üçün bir praktika keçirilib. Belə ki, qəbul imtahanlarından 500 baldan çox nəticə əldə etmiş 10 abituriyentə, onlara iki il əvvəl düşmüş eyni variantlı sual kitabçası təqdim olunub və 3 saat vaxt verilib. Nəticədə, 580 bal toplamış abituriyent yalnız 280 bal toplaya bilib. Ümumilikdə, 500 baldan çox nəticə göstərmiş tələbələr demək olar ki, 300 balı keçə bilməyiblər. Bu təcrübə bir daha sübut etdi ki, bu sistemlə öyrənilən biliklər əsasən əzbərçiliyə və müvəqqəti yaddaşa əsaslanır".
Bu gün şagirdlərə öyrədilən biliklərin böyük hissəsi kodlaşdırılmış məlumatlardır.
"Layihəəsaslı öyrənmə çox yaxşı bir metoddur. Bu üsulda müəyyən bir problem qoyulur və şagirdlər həm nəzəriyyəni, həm də praktik bilikləri paralel şəkildə mənimsəyirlər. Bəzən praktiki təcrübə nəzəriyyədən daha üstün olur. Bu zaman şagird dediklərini praktikada görür və onu icra etmə imkanı qazanır".