Azedu.az

Gənclərin seçimi dəyişib: yerli universitetlərə maraq ARTIR

Xəbərlər

3 Sentyabr 2025, 11:21
Gənclərin seçimi dəyişib: yerli universitetlərə maraq ARTIR

Abituriyentlərin ixtisas seçiminin nəticələri artıq elan olunub. Boş plan yerlərinin nəticələri hələ açıqlanmasa da, bir çox ali təhsil müəssisəsi bu il ilk dəfə olaraq 99%-ə qədər doluluq səviyyəsinə çatıb. Eyni zamanda, ixtisas qrupları üzrə rəqabət əvvəlki illərlə müqayisədə daha yüksək olub.

Bu tendensiyanın səbəbi imtahan suallarının əvvəlki illərlə müqayisədə daha asan tərtib olunmasıdır, yoxsa abituriyentlər üçün xaricdə təhsil artıq əvvəlki qədər cəlbedici deyil və üstünlüyü ölkə daxilindəki ali təhsil müəssisələrinə verirlər?

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Elçin Murad açıqlama verib.

Müsahibimiz bildirib ki, xaricdə təhsilə müraciət edənlərin çoxu əsgərlik yaşına çatmış, amma əsgərliyə getməyə hazır olmayan abituriyentlərdir:

"Əvvəl abituriyentlər attestatla xaricdə təhsilə üz tuturdular. Amma bir-iki il keçəndən sonra attestatla gedənlərin sayı çoxaldı və bir çoxu məzun olub geri qayıtdıqdan sonra diplomunu təsdiq etdirə bilmədi. Bu barədə məlumat kütləvi yayıldı. Dövlət xətti və iş yeri xətti ilə gedənlərin diplomlarında problem olmurdu, amma attestatla gedənlərdə diplom təsdiqində ciddi çətinliklər müşahidə edildi. Keçən il ilə bu ilin müqayisəsində tələbə qəbulunda ölkə üzrə artımın ən böyük səbəblərindən biri xaricdə təhsillə bağlıdır. Xaricdə attestatla təhsil alanlar diplomlarının tanınmadığını görüb, Azərbaycan ali təhsil müəssisələrinə yönəldilər.

Ötən il 56 abituriyent buraxılışdan 300 bal toplamışdısa, bu il demək olar ki, bu say yarıbayarı azaldı.

"Xaricdə təhsilə müraciət edənlərin çoxu əsgərlik yaşına çatmış, amma əsgərliyə getməyə hazır olmayan abituriyentlərdir. Valideynləri üçün bu daha cəlbedici görünür. Onlar belə düşünür: "Gedib 4 ildə böyüsün, sonra əsgərliyə getsin". İkinci tərəfdən, attestat fənlərində sualların asan olması da təsir edir. Attestatda 5-ci qrup olduğuna görə suallar mürəkkəb formada olmur. Nəticədə yüksək balla qəbul çox olur. Ancaq bu il əvvəlki ilə nisbətən blok fənlərində tənzimləmə edildi. Nəticədə daha balanslı oldu. Məsələn, ötən il buraxılış imtahanlarından 56 abituriyent 300 bal toplamışdısa, bu il demək olar ki, bu say yarıbayarı azaldı. Bu da balansın qorunduğunu göstərir".

Təhsil haqları yüksək olsa belə, tələbə təhsil kreditləri mövcuddur və ödənişi edə bilməyən valideynlər üçün əlçatandır.

"Ölkəmizdə valideynlər daha çox təhsil haqlarının yüksək olması ilə bağlı narazılıqlarını bildirirlər. Bunu gələcək illərdə yəqin ki, tənzimləmələrlə həll ediləcək. Amma təhsil haqları yüksək olsa belə, tələbə təhsil kreditləri var ki, ödənişi edə bilməyən valideynlər üçün əlçatandır. Tələbələr təhsil kreditlərindən istifadə edərək təhsillərinə davam edə bilirlər".

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox