Azedu.az

Bölgələrdə müəllim sayı: hansı rayonlar liderdir, hansılar geridə qalıb?

Xəbərlər

3 Sentyabr 2025, 09:10
Bölgələrdə müəllim sayı: hansı rayonlar liderdir, hansılar geridə qalıb?

Hər bir cəmiyyətin sabahı sinif otaqlarında dayanan müəllimlərin əllərində formalaşır.

Amma bəs görəsən, bu gələcəyin memarları ölkənin hansı guşələrində daha çox, hansılarında isə az saydadır? Azərbaycan xəritəsinə fərqli bir prizmadan təhsilin yükünü çiynində daşıyan müəllimlərin bölgələr üzrə paylanmasına nəzər saldıqda maraqlı mənzərə yaranır. 

Azərbaycan xəritəsinə təhsil nöqteyi-nəzərindən baxanda başqa bir mənzərə yaranır. Müəllim sayı yalnız statistik rəqəm kimi deyil, bu rəqəmlər hər rayonun təhsilə olan marağını, resurs imkanlarını, insan potensialını və gələcək hədəflərinidə əks etdirir.

Bu kontekstdə AzEdu.az Təhsil Portalı bölgələr üzrə müəllim sayı barədə ümumi məlumatı təqdim edən siyahı hazırlayıb.

Rayonlar üzrə müəllim sayına görə lider olan bölgələr:

Şəmkir 3434;

Gəncə 3401;

Şəki 3131;

Xaçmaz 2894;

Şamaxı 2563;

Lənkəran 2507;

Sabirabad 2246;

Ağcəbədi 2140;

Salyan 2028;

Kəlbəcərdə 1768;

Göyçay 1750.

İndi isə digər rayonlara nisbətən təhsilverənlərin az olduğu bölgələrə nəzər salaq:

Ağatafa 1426;

Saatlı 1219;

Qobustan 1021;

Oğuz 832;

Hacıqabul 800;

Zərdab 779;

Siyəzən 737;

Yardımlı 729;

Zəngilan 515;

Naftalan 139;

Xankəndi 54.

Amma bəzi bölgələrdə müəllimlərin sayı az görünsə də, bu, əksər hallarda həmin ərazilərdə əhalinin azlığı ilə bağlıdır. 

Müəllimlər cəmiyyətin yolunu işıqlandıran səssiz qəhrəmanlardır. Onların çox olduğu yerlərdə təkcə məktəblər deyil, bütün bir gələcək nəsil işıqlanır. Müəllimlərin bölgələr üzrə sayı bəzən əhali ilə, bəzən də imkanlarla ölçülür amma unutmamalıyıq ki, keyfiyyət və əlçatanlıq saydan daha önəmlidir. Gələcəyin qurulmasında bölgələr arasında təhsil balansı vacibdir çünki sabah hamımızındır, amma onun bünövrəsi bu gündən atılmalıdır. 

Qeyd edək ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinə məlumat əldə etmək üçün dəfələrlə müraciət edilsə də, hər hansı cavab təqdim olunmayıb.

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox