Azedu.az

“Azərbaycan müəllimi” qəzeti 91 yaşını qeyd edir

Xəbərlər

2 Sentyabr 2025, 10:21
“Azərbaycan müəllimi” qəzeti 91 yaşını qeyd edir

Bu gün Azərbaycan təhsil tarixinin ayrılmaz parçası olan “Azərbaycan müəllimi” qəzeti 91 yaşını qeyd edir.

AzEdu.az xəbər verir ki, ilk dəfə 1934-cü il sentyabrın 2-də “Qommunist məarifi” adı ilə nəşrə başlayan qəzet sonralar “Müəllim qəzeti”, 1946-cı ildən bu günədək isə “Azərbaycan müəllimi” adı ilə oxucularla görüşür.

Qəzet öz məramına – dövlətin təhsil siyasətinin həyata keçirilməsində yaxından iştirak etmək, ölkənin təhsil həyatını geniş işıqlandırmaq, müəllimlərə, təhsil işçilərinə, təhsil müəssisələrinə öz fəaliyyətlərində dəstək vermək, yenilikləri yaymaq, çoxminli müəllim ordusunu pedaqoji, psixoloji, metodik biliklərlə silahlandırmaq, qabaqcıl təcrübəni aşkara çıxarmaq və təbliğ etmək, təhsil sahəsindəki mövcud nöqsanlara qarşı mübarizə aparmaq və s. kimi fəaliyyət prinsiplərinə həmişə sadiq qalıb.

“Azərbaycan müəllimi” ölkənin bütün bölgələrində təmsil olunaraq həm müəllimlərin səsi, həm də təhsildə baş verən yeniliklərin güzgüsüdür.

AzEdu.az Təhsil Portalı olaraq "Azərbaycan müəllimi"i qəzetində çalışan həmkarlarını təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayır!

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox