Azedu.az

Feysbukun aktiv rektorları: kim gündəmdədir, kim kölgədə qalıb?

Xəbərlər

2 Sentyabr 2025, 10:01
Feysbukun aktiv rektorları: kim gündəmdədir, kim kölgədə qalıb?

Sosial media dövründə rektor otaqları artıq yalnız universitet divarları ilə məhdudlaşmır. "Facebook" kimi platformalar ali təhsil rəhbərlərinə həm tələbələrlə birbaşa ünsiyyət, həm də ictimaiyyətə açıq lider imici yaratmaq imkanı verir. Lakin bu imkanlar eyni zamanda şəffaflıqla yanaşı məsuliyyət də tələb edir.

AzEdu.az rektorlarının feysbuk fəaliyyətini təhlil edərək onların informasiya paylaşımı fəallığını araşdırıb.

Kimi ali təhsil müəssisəsini sosial mediada aktiv şəkildə təmsil edir, kimi isə səssiz izləyici rolunu seçib. Hətta elə rektorlar da var ki, "Facebook"-da ümumiyyətlə “mövcud” deyillər.

Belə ki, feysbukdan aktiv istifadə edənlər siyahısında ilk yerdə Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov yer alır. 

İkinci yerdə isə Qarabağ Universitetinin (QU) rektoru Şahin Bayramov var. 

Üçüncü yerə sahiblik edən Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayevdir.

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov feysbukun aktiv istifadəçilərindən biridir. 

Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyevdə bu sosial şəbəkədə aktivdir.

Daha bir aktiv istifadəçi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizovdur. 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov da aktivlər sırasına daxildir. 

Feysbukun aktiv istifadəçilərindən biri Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Əminağa Sadıqovdur. 

Son olaraq Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Gəray Gəraybəyli, Bakı Avrasiya Universitetinin (BAAU) rektoru Səyavuş Qasımov və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova isə bu sosial şəbəkədən qismən aktiv istifadə edirlər.  

İndi isə feysbuk hesabı olsa da, sanki “rəqəmsal səssizliyə çəkilmiş” rektorlara nəzər salaq. Sosial şəbəkədə adları var, amma  nə paylaşım, nə şərh var.  Bu "səssiz rektorlar" sosial medianın potensialından hələ ki, yararlanmamağa üstünlük verirlər: 

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev, Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru Ceyran Mahmudova feysbukun aktiv istifadəçiləri deyil. 

Araşdırmamıza əsasən ADA Universitetinin rektoru Hafiz Paşayev, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərov, Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev, Azərbaycan Universitetinin (AU) rektoru Səadət Əliyeva və Lənkəran Dövlət Universitetinin (LDU) rektoru Natiq İbrahimov feysbuk hesabını tapa bilmədik. 

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox