1 sentyabr 2025 tarixindən etibarən Avstraliyada uşaq baxım müəssisələrində təhlükəsizlik və şəffaflığı artırmaq məqsədilə yeni qaydalar qüvvəyə minib.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, bundan sonra zorakılıq və sui-istifadə iddiaları 7 gün deyil, 24 saat ərzində aidiyyəti qurumlara bildirilməlidir. İşçilərin şəxsi mobil telefonlardan istifadəsi, həmçinin müəssisə daxilində foto, video və müşahidə kameralarından istifadə məhdudlaşdırılır. Vape istifadəsi də tam qadağan edilib.
Valideynlərə şəffaflıq təmin ediləcək yoxlama nəticələri və uyğunsuzluqlar ictimaiyyətə açıqlanacaq. Eyni zamanda, 2026-cı ilin fevralında istifadəyə veriləcək 189 milyon dollarlıq milli işçi qeydiyyat sistemi bu ildən etibarən sınaqdan keçiriləcək.
Bu dəyişikliklər uşaqların rifahını qorumağı və valideynlərin etibarını artırmağı hədəfləyir.