Azedu.az

Məktəblərdə Çin dili tədris olunacaq? - AÇIQLAMA

Xəbərlər

Tələbələr

1 Sentyabr 2025, 12:15
Məktəblərdə Çin dili tədris olunacaq? - AÇIQLAMA

Azərbaycanda Çin dilinə maraq son illərdə xeyli artıb. Bu artım həm ölkə daxilində, həm də Çində təhsil imkanlarına olan maraqda özünü göstərir.

Maraqlıdır, gələcəkdə ölkəmizin ümumtəhsil müəssisələrində çin dilinin tədrisi mümkün olacaq?

Mövzu ilə bağlı AzEdu.az elm və təhsil üzrə ekspert Səbuhi Abdullayev açıqlama verib.

166930

Müsahibimiz qeyd edib ki, ölkəmizdə Çin dilinə maraq hiss olunacaq dərəcədə artıb:

"Aprel ayında cənab İlham Əliyev Çin Respublikasına səfəri zamanı əməkdaşlıq müqaviləsi imzalanıb. Bu müqavilənin tərkibində elm və texnologiya sahələrinə yönəlik fəaliyyətlər də yer alıb. İki tərəfli əməkdaşlıqla yanaşı, Çinin artan iqtisadi gücü nəzərə alınaraq, ölkəmizdə Çin dilinə maraq hiss olunacaq dərəcədə artıb. Bu maraq əsasən iki istiqamətdə özünü göstərir: birincisi, Çin ali təhsil müəssisələrində təhsil almaq, ikincisi isə ölkə daxilində Çin dilinin öyrənilməsinə artan maraqdır.

Bu il iki tərəfli müqavilə əsasında 43 nəfər tələbəmiz Çinin nüfuzlu universitetlərində təhsil almaq hüququ qazanıb. Onların arasında magistratura və doktorantura səviyyəsində təhsil alacaq şəxslər də var".

Çin dili beynəlxalq statusa sahib olmasa da, dünyanın bir çox ölkələrində bu dildə müxtəlif tədbirlərin keçirilməsi gözlənilir.

"Bütün bunlar ölkəmizdə Çin dilinə olan marağın artdığını göstərir. Artıq şagird və azyaşlılar Çin dilini öyrənməyə maraq göstərir. Yaxın günlərdə Çinin baş konsulu ilə keçirilən görüş zamanı da bu maraq və onu dəstəkləmək məqsədilə müxtəlif tədbirlərin təşkili barədə söhbət olub.

Çin dili beynəlxalq statusa sahib olmasa da, dünyanın bir çox ölkələrində bu dildə müxtəlif tədbirlərin keçirilməsi gözlənilir. Eyni zamanda, Çin əhalisi dünya əhalisinin beşdə birini təşkil edir ki, bu da Çin dilinin gələcək perspektivlərini açıq şəkildə ortaya qoyur. Bununla belə, hazırda məktəblərimizdə Çin dilinin rus və ingilis dillərini əvəz etməsi planlaşdırılmır. Lakin bu dilin xüsusi məktəblərdə əlavə xarici dil kimi tədris edilməsi mümkündür".

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox