Azedu.az

Azərbaycanda 1500-ə yaxın təhsil müəssisəsi təmir edilir - RƏSMİ

Xəbərlər

1 Sentyabr 2025, 10:41
Azərbaycanda 1500-ə yaxın təhsil müəssisəsi təmir edilir - RƏSMİ

Hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına ölkə üzrə müxtəlif təhsil müəssisələrində genişmiqyaslı təmir-tikinti işləri həyata keçirilir. Bu tədbirlər təhsil infrastrukturunun modernləşdirilməsi, məktəblərin və digər təhsil obyektlərinin şagirdlər üçün daha təhlükəsiz və komfortlu şəraitə malik olması məqsədini daşıyır.

Maraqlıdır ki, yeni tədris ilində neçə ümumtəhsil və məktəbəqədər təhsil müəssisəsi təmir edilərək istifadəyə verilib və neçə təhsil müəssisəsində tikinti işləri hələ də davam etməkdədir?

AzEdu.az mövzu ilə əlaqədar Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb. 

Nazirlikdən sorğumuza cavab olaraq bildirlib ki, 2025-ci il investisiya büdcəsi çərçivəsində 15 təhsil müəssisəsində təmir-tikinti işlərinin yekunlaşması nəzərdə tutulur:

"Əlavə olraq qeyd edilib ki, eyni zamanda, cari ildə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin "Təhsil" bölməsi üzrə ayrılmış müvafiq xərclər hesabına 779 təhsil müəssisəsində təmir işlərinə başlanılmışdır.

Bundan başqa 629 məktəbəqədər təhsil müəssisəsində də təmir işləri aparılır".

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox