Yunanıstan hökuməti ölkədə ali təhsillə bağlı mühüm qərar qəbul edib. İlk dəfə olaraq, özəl universitetlərin fəaliyyətinə icazə veriləcək.
AzEdu.az xarici mediaya istinadla xəbər verir ki, indiyədək Yunanıstanda ali təhsil yalnız dövlət nəzarətində olub. Yeni qərarla Avropa İttifaqına üzv ölkələrdə qeydiyyatdan keçmiş özəl universitetlər Yunanıstanda filial aça biləcəklər.
Rəsmi dairələr bildirir ki, bu addım rəqabəti artıracaq, tələbələr üçün seçim imkanlarını genişləndirəcək və xaricə axının qarşısını müəyyən qədər alacaq. Bununla belə, qərar həm də cəmiyyətdə geniş müzakirələrə səbəb olub.