28.08.2025-ci il tarixində saat 19:30 radələrində Goranboy rayonu ərazisində baş verən yol nəqliyyat hadisəsi səbəbilə 2 yeniyetmə (qadın cinsli) Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
AzEdu.az xəbər verir ki, bu haqda TƏBİB-in Mətbuat Xidməti məlumat verib.
Bildirilib ki, 2008 və 2011-ci il təvəllüdlü şəxslərə bədənin müxtəlif nahiyələrinin əzilməsi, bel-oma nahiyəsinin küt travması diaqnozu təyin olunub.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2008-ci il və vəziyyəti orta ağır qiymətləndirilən 2011-ci il təvəllüdlü yeniyetmələr Gəncə şəhərindəki özəl tibb müəssisəsinə təxliyə olunublar.