Azedu.az

ABŞ-də intihar edən yeniyetmənin ailəsi "ChatGPT"ni günahlandırdı

Xəbərlər

27 Avqust 2025, 12:40
ABŞ-də intihar edən yeniyetmənin ailəsi "ChatGPT"ni günahlandırdı

ABŞ-də 16 yaşlı yeniyetmə intihar edib, bundan sonra valideynləri hadisədə "OpenAI" şirkətinin "ChatGPT" neyron şəbəkəsini günahlandırıblar. Yeniyetmənin ailəsi təşkilata və onun rəhbəri Sem Altmana qarşı məhkəmədə iddia qaldırıb.

AzEdu.az xəbər verir ki, bu barədə NBC kanalı məhkəmə sənədlərinə istinadən məlumat verib.

San-Fransiskoda Kaliforniya Ali Məhkəməsində qaldırılan iddiaya görə, yeniyetmə həyatının son həftələrində chatbotla aktiv şəkildə ünsiyyətdə olub. Oğlan intihar etmək planları barədə çatbota məlumat verəndə "ChatGPT" onunla dialoqu dayandırmayıb və "təcili protokol"u aktivləşdirməyib.

Yeniyetmənin valideynləri "OpenAI"ı ölümə səbəb olmaqda, çatbotdakı qüsurlarda, həmçinin şirkətin öz məhsulunun istifadəsi ilə bağlı risklər barədə xəbərdarlıq etməməsində ittiham ediblər.

DİQQƏT: Moskvadakı azərbaycanlıların nəzərinə!
Son xəbərlərDaha çox