Azedu.az

Məktəblərdə şagirdlər arasında velosiped yarışları keçiriləcək

Xəbərlər

27 Avqust 2025, 12:35
Məktəblərdə şagirdlər arasında velosiped yarışları keçiriləcək

Sentyabr ayında məktəblər açıldıqdan qısa müddət sonra ölkənin müxtəlif bölgələrində və paytaxtda şagirdlər arasında velosiped yarışlarının təşkili planlaşdırılır.

AzEdu.az xəbər verir ki, bu barədə avqustun 26-da Azərbaycan Velosiped İdmanı Federasiyası və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən və bölgələrdə velosiped idmanının inkişafı sahəsində fəaliyyət göstərəcək məşqçilərə həsr olunmuş təlim kurslarının açılış mərasimində Federasiyanın Birinci vitse-prezidenti Sahib Ələkbərov məlumat verib.

Onun sözlərinə görə, yarışların keçirilməsi həm məktəblilərin sağlam həyat tərzinə təşviqi, həm də velosiped idmanına marağın artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Sahib Ələkbərov əlavə edib ki, bu tədbirlər məktəblərdə idman mühitinin formalaşmasına, gənclərin vaxtlarını səmərəli keçirməsinə və gələcəkdə peşəkar idmançılar kimi yetişmələrinə zəmin yaradacaq

DİQQƏT: Moskvadakı azərbaycanlıların nəzərinə!
Son xəbərlərDaha çox