Azedu.az

Tovuzda 5 yaşlı uşağı maşın vurdu

Xəbərlər

25 Avqust 2025, 22:11
Tovuzda 5 yaşlı uşağı maşın vurdu

Tovuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

AzEdu.az xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 2020-ci il təvəllüdlü S. Ələkbərovu vurub. Azyaşlı dərhal xəstəxanaya çatdırılıb və onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...
Son xəbərlərDaha çox